- Baxış sayı: 45
- 24 Mart 2026 23:23
- Baxış sayı: 24
- Mart 25, 2026
- 0

Allsport.az xəbər verir ki, Ağcabədi rayonunda Azərbaycan cüdo federasiyasının (ACF) dəstəyi ilə EVO idman klubunun yeni cüdo zalı fəaliyyətə başlayıb.
Mirzə Fətəli Axundov adına 3 saylı məktəb-liseyin nəzdində yerləşən cüdo zalında yeniyetmələrin və gənclərin cüdo ilə məşğul olması üçün bütün şərait yaradılıb.
Cüdo məşq zalı ACF tərəfindən beynəlxalq cüdo federasiyasının rəsmi təchizatçısı olan “Taişan” firmasının tatamiləri ilə təchiz olunub.
Şəhid ailələri, qazilər və aztəminatlı ailələr üçün dərslər ödənişsiz keçiriləcək.