- Baxış sayı: 33
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Türkiyənin “Dənizlispor” klubu azərbaycanlı futbolçu Rail Məlikovla bağlı qərarını verib. Allsport.az xəbərverir ki, Dənizli təmsilçisi qış transferi pəncərəsində millimizin sabiq üzvü Rail Məlikovla yolları ayırmağa qərar verib.
Bu barədə klubun baş məşqçisi Özcan Bizati məlumat verib. O, bildirib ki, Məlikovun intizamsız hərəkətləri səbəbindən onunla müqavilə ləğv ediləcək: “Karşıyaka”ya qarşı matçda Raili əsas heyətdə oynatmağı planlaşdırırdım. Ancaq onu məşq zamanı həvəssiz gördüyüm üçün xəbərdarlıq etdim. Mənə oynamaq istəmədiyini söylədiyi zaman isə şoka düşdüm. Rail səbəbsiz yerə 6 məşqdə iştirak etməyib. Bizim üçün Məlikov dəftəri artıq bağlanıb”.
Xatırladaq ki, Məlikov bundan əvvəl komandanın düşərgəsinə iki gün gec qoşulduğu üçün əvəzedici komandaya göndərilmişdi.