- Baxış sayı: 135
- 09 Yanvar 2026 18:11
- Baxış sayı: 56
- Yanvar 20, 2026
- 0

Yarışın 2-ci günündə iştirakçılar Teleqüllə yaxınlığındakı parkda “Enduro” növündə qüvvələrini sınayıblar.
Allsport.az saytı xəbər verir ki, U-15 yaş kateqoriyasında Respublika olimpiya velosiped məktəbinin (ROEQİUGVM) təmsilçiləri Ayaz İsgəndərli və Toğrul Məmmədli müvafiq olaraq 1-ci və 2-ci yerləri tutublar. Kənan Eyvazov (həvəskar) fəxri kürsünün 3-cü pilləsinə qalxıb.
Gənclər, U-23, elit yaş dərəcəsində Emin Süleymanov (həvəskar) ölkə çempionu olub. Mirmövsüm Cəbrayılov (həvəskar) gümüş, Nihad İmanzadə (ROEQİUGVM) isə bürünc medal qazanıb.
Mükafatçılar medal, diplom və pul mükafatı ilə təltif ediliblər.