- Baxış sayı: 32
- 11 Mart 2026 10:25
- Baxış sayı: 300
- Mart 05, 2026
- 0

Serbiyanın Zrenyanin şəhərində U23 Avropa çempionatı davam edir.
Allsport.az xəbər verir ki, yarışın 2-ci günündə 61, 74, 86, 92 və 125 kq-da yer alan güləşçilər xalçaya çıxıb.
Mübarizəyə 1/4 finaldan qoşulan Ceyhun Allahverdiyev (61 kq) ukraynalı Andrey Şokalyuka tam üstünlüklə (11:0), makedoniyalı Bəşir Əliliyə isə (12:5) hesabıyla qalib gələrək finala yüksəlib. Həlledici görüşdə rəqib ermənistanlı Levik Mikayelyan olacaq.
Ağanəzər Novruzov (74 kq) türkiyəli Məhəmməd Özmuş (4:1) və moldovalı Yon Markunu (6:1) mübarizədən kənarlaşdırdıqdan sonra yarımfinalda fransalı Seyfulla İtayevlə bacarmayıb – 2:7. Güləşçimiz bürünc medal uğrunda güləşəcək. Rəqib ya isveçrəli Florian Bissiq, ya da gürcüstanlı Saba Kobaxidze olacaq.
Vasif Xudiyev (86 kq) də yarışa 1/4 finaldan qoşulub və italiyalı Qabriele Nikkoliniyə heç bir imkan tanımayıb – 10:0. Finalın bir addımlığında rusiyalı Bozigit İslamgərəyevə minimal fərqlə (2:3) məğlub olan həmyerlimiz bürünc medal uğrunda Radomir Stoyanov (Bolqarıstan) – Rəhim Məhəmmədov (Fransa) görüşünün qalibiylə güləşəcək.
Əli Tsokayev (92 kq) bolqarıstanlı Sali Saliyevlə (13:0) ermənistanlı Knyaz İboyanı (11:0) vaxtından əvvəl yolundan kənarlaşdırıb. Rusiyalı Mustafahacı Malaçdibirovla gərgin mübarizə şəraitində keçən görüşdən qalib (6:4) ayrılan təmsilçimiz adını finala yazdırıb. Əlinin finaldakı rəqibi türkiyəli Fateh Altınbaş olacaq.
Yusif Dursunov (125 kq) rumıniyalı Brian Teçereana (10:0), ermənistanlı Xaçatur Xaçatryana (9:3) və belaruslu Stsiapan Mandriki (3:2) üstələyərək finala vəsiqə qazanıb. Yusif həlledici qarşılaşmada rusiyalı Həbib Davudhacıyevlə güləşəcək.