- Baxış sayı: 162
- 16 Noyabr 2024 12:44
- Baxış sayı: 315
- Dekabr 02, 2024
- 0
“Qəbələ”nin 15 yaşadək futbolçulardan ibarət komandası təlim-məşq toplanışı keçmək məqsədilə sabah – yanvarın 11-də Türkiyəyə yola düşəcək. Allsport.az xəbər verir ki, Mehman Yunusovun başçılıq etdiyi komanda 8 günlük hazırlıq dönəmində 3 yoxlama görüşündə qüvvəsini sınayacaq.
Bu rəqiblərdən ikisi məlumdur. “Qırmızı-qaralar” yanvarın 13-də “Laraspor”, 16-da isə “Antalyaspor”la üz-üzə gələcək. Yanvarın 18-nə nəzərdə tutulan üçüncü rəqibin adına yaxın günlərdə aydınlıq gələcək.
“Qəbələ” U-15 qardaş ölkəyə bu heyətlə gedəcək: Fərman Bayramov, Sərxan Osmanov, Əmrah Sülfüqarlı, Rüstəm Nuriyev, İzzət Müştaqov, Vüsal Məsimov, Arsen Ağcabəyov, Fəqan Məsimov, Rəşid Manafov, Fikrət Tağıyev, Eldost Qiyasbəyli, Elcan Hafizli, Fərid Quliyev, Qabil Sabirli, Tolqar Yaqubov, Elmir Tağıyev, Rəşad Tağıyev, Kamran Quliyev, Məhəmməd Abbaslı, Təbriz İsazadə.
“Qəbələ” Futbol Akademiyasının direktor müavini Nail Kərimov, akademiyanın baş məşqçisi Halim Fıçıcı, U-15 komandasının baş məşqçisi Mehman Yunusov, onun köməkçisi Şəhriyar Kərimli, fizioterapevt İlkin İslamov və inzibatçı Anar Musayev də komanda ilə Türkiyəyə yola düşəcəklər.
Yanvarın 20-dək davam edəcək hazırlıq günlərində komanda “Papillon Ayscha” otelində məskunlaşacaq.