- Baxış sayı: 47
- 06 Fevral 2026 21:54
- Baxış sayı: 177
- Fevral 06, 2026
- 0

Antalyada keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turniri davam edir. Allsport.az xəbər verir ki, bu gün Murad Fətiyev (81 kq) 1/16 finalda Abılayxan Jubanazar (Qazaxıstan) / Damian Stepiyen (Polşa) cütünün qalibi ilə üz-üzə gələcək.
Eyni çəkidəki Zelim Tçkayev isə 1/32 finalda Fetra Ratsimiziva (Madaqaskar) ilə qarşılaşacaq.
İlk yarış günündə Nicat Şıxəlizadə (66 kq) bürünc medal qazanıb. 154 000 ABŞ dolları mükafat fondu olan “Böyük Dəbilqə” turnirinə aprelin 3-də yekun vurulacaq.