- Baxış sayı: 40
- 26 Mart 2026 19:37
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

UFC-nin prezidenti Dana Uaytdan keçmiş çempionlar Konor Makqreqor və Con Consa Ağ Evdə keçiriləcək turnirə başçılıq etmək üçün etibar edib-etməyəcəyi soruşulub.
Allsport.az xəbər verir ki, o, daha çox irlandiyalıya güvəndiyini deyib: “Mən Konora daha çox güvənirəm. Cona bir az daha şübhə ilə yanaşıram”.
Gələn ilin iyulun 4-də ABŞ-nin müstəqillik gününün qeyd olunmasının 250-ci ildönümünə həsr olunmuş UFC turnirinin keçirilməsi ehtimalı var.
38 yaşlı Cons iyunda karyerasını bitirmək qərarına gəlib, 37 yaşlı Makqreqorun UFC siyahısından çıxarılması bir gün əvvəl məlum olub.