Dani Kintana Sosa rəsmən “Qarabağ”da!

Bu gün “Qarabağ” 2015-ci ildə ilk transferini reallaşdırıb. Allsport.az xəbər verir ki, Ağdam klubu ispaniyalı Dani Kintana Sosanı öz “rənglərinə bağlayıb”.

O, bu komandada çıxış edəcək ilk pireneyli kimi tarixə düşəcək. Yarımmüdafiəçi İspaniyanın “Valensiya” klubunun yetirməsidir. Karyerası ərzində daha çox ispan klublarında çıxış edən Daninin ulduzu Polşanın “Yaqelloniya” klubunda parlayıb. Ötən mövsüm Polşa 1-ci liqasında 15 qol vuran yarımmüdafiəçi bu mövsümün başlanğıcında Səudiyyə Ərəbistanın “Əl-Əhli” klubuna transfer olunub. Mövsüm gedişində isə Ərəbistan klubu ilə yollarını ayırıb. Belədə Dani “Qarabağ”a azad trasnfer kimi keçib.

Bu gün tibbi baxışdan uğurlar keçən ispaniyalı ilə 3 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, FİFA-nın qaydalarına əsasən Kintana mövsüm ərzində iki klubda oynadığına görə bu mövsüm “Qarabağ”da forma geyinə bilməyəcək.

Həmin kateqoriyadan