- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə daxili işlər nazirliyinin idman cəmiyyətində yeniyetmə və gənc cüdoçuların yarış keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə ümummilli liderin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
DİN İC-in sədri Zemfira Meftəhəddinova açılışında çıxış edərək, Heydər Əliyevin idmana və idmançılara ali diqqət və qayğısından danışıb. Bildirib ki, xalqımızın onu ölkəmizdə idmanın yüksək səviyyədə inkişafını daim diqqət mərkəzində saxlayıb. Bunun nəticəsidir ki, idmançılarımız yarışlarda yüksək nailiyyətlər qazanıb, bayrağımızı zirvələrdə dalğalandırıblar. Gənclərə dövlət qayğısı bu gün də davam və inkişaf etməkdədir. Ölkəmiz möhtəşəm idman tədbirlərinə ev sahibliyi edir, dünyada idman ölkəsi kimi tanınır. Təbii ki, bu uğurların qazanılmasında daxili işlər orqanlarında xidmət edən idmançı əməkdaşların da payı var.
Sonra yarışa start verilib. Cəmiyyətin sədr müavini Elçin Rüstəmov qaydalar barədə məlumat verib. Birincilikdə 4 yaş qrupunda müxtəlif çəki dərəcələri üzrə 100-ə yaxın idmançı gücünü sınayıb. DİN İC-in cüdo bölməsinin baş məşqçisi Zakir Kərimovun yetirmələri yüksək fiziki və texniki bacarıq göstəriblər.