- Baxış sayı: 15
- 22 Noyabr 2024 11:30
- Baxış sayı: 59
- Noyabr 21, 2024
- 0
Həftəsonu “AHF arena”da kişi həndbolçuların yüksək dəstəsində 17-cü və 18-ci turlarında “Dinamo” son ölkə çempionu “Bakı”ya hər 2 matçda qalib gəldi – 39:29, 39:32. “Polislər”in künc oyunçusu Xaliq Məlikov (şəkildə hücumda) allsport.az saytına oyunları belə dəyərləndirib:
“Öncəki çempionatlarla müqayisədə, bu ilki daha maraqli və rəqabətli keçir. Hazırda qızıl medallara iddialı 4 komanda var. Ev sahibi kimi “Bakı”nı qəbul etdik. Oyun cox gərgin oldu. Əsas heyətdən 3 nəfər qırmızı kart ilə cəzalandırdı. Buna baxmayaraq, uşaqlar sag olsunlar, sonadək canla-başla mübarizə apardılar.
İkinci görüşdə fasiləyə 1 top fərqli üstün yollandıq. Matçın gedişində 2 top geridə olsaq da, toparlandıq. Meşqçilərə və komanda yoldaşlarıma öz təşəkürümü bildirirəm. “Bakı”ya növbəti qarşılaşmalarda uğurlar arzulayıram”.