- Baxış sayı: 35
- 24 Mart 2026 18:39
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0
Futbol üzrə Almaniyanın 2-ci Bundesliqasında 16-cı turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Dmitri Nazarovun çıxış etdiyi “Karlsrue” də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda “Braunşveyq”lə qarşılaşıb. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Nazarov 64-cü dəqiqədə əvəzlənib.
Qeyd edək ki, hazırda “Karlsrue” 27 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.