- Baxış sayı: 77
- 24 Noyabr 2025 14:09
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan velosiped idmanı federasiyası, dənizkənarı bulvar idarəsi və “Regional İnkişaf” ictimai birliyinin birgə təşkilatçılığı ilə möhtəşəm veloyürüş keçirilib.
Allsport.az xəbər verir ki, Dövlət Bayrağı meydanından start götürən veloyürüşdə gənclər və idman naziri Fərid Qayıbov da öz velosipedi ilə iştirak edib. 300-dən artıq peşəkar və həvəskar velosipedçi, o cümlədən paravelosipedçilər dənizkənarı bulvar ərazisindəki velosiped yolları ilə Zəfər parkına doğru hərəkət ediblər. “Crescent Mall”un yaxınlığından Zəfər parkınadək iştirakçıları Azərbaycan bayraqlarını daşıyan motosikletçilər müşayiət edib.
Finişə çatan veloyürüş iştirakçılarına xatirə medalları təqdim olunub. Daha sonra Zəfər parkı abidəsinin önünə gül dəstələri qoyulub və 44 günlük Vətən Müharibəsi qəhrəmanlarının xatirəsi ehtiramla yad edilib.
Mətbuat nümayəndələrinin suallarını cavablandıran Azərbaycan velosiped idmanı federasiyasının 1-ci vitse-przidenti Sahib Ələkbərov bildirib ki, veloyürüşün keçirilməsində əsas məqsəd Dövlət Bayrağı Gününün ictimai əhəmiyyətini vurğulamaq, gənclərimizdə şanlı Zəfər Bayrağımıza hörmət və ehtiram hissləri aşılamaq, elitar idman növü hesab olunan velosiped idmanına yeniyetmə və gəncləri daha çox cəlb etmək, eləcə də ölkə ərazisində salınan velosiped yollarından istifadəni təşviq etməkdən ibarətdir.
Veloyürüş Zəfər Tağı qarşısında vətənpərvərlik ruhunda yazılmış musiqi nömrələri və “Yallı” rəqsi ilə yekunlaşıb.