Dövlət qurumları arasında şahmat yarışı

Aprelin 12-də gənclər və idman nazirliyi və Azərbaycan şahmat federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında şahmat yarışı keçirilib.

Allsport.az xəbər verir ki, respublika şahmat mərkəzində təşkil olunan tədbirdə 31 dövlət qurumundan 62 nəfər iştirak edib.

Qadınlar arasında Afaq Xudaverdiyeva (mərkəzi bank) birinci olub. Aynur Abbasova (fövqəladə hallar nazirliyi) yarışı ikinci, Qəndab Əzizova (Azərbaycan dəmir yolları QSC) isə üçüncü pillədə başa vurublar.

Kişilər arasında Murad Quliyev (mərkəzi bank), Anar Rəsulov (rəqəmsal inkişaf və nəqliyyat nazirliyi) və Ədalət Umudov (FHN) fərqləniblər.

Həmin kateqoriyadan

azenrutr