- Baxış sayı: 52
- 15 Yanvar 2025 10:41
- Baxış sayı: 167
- Yanvar 19, 2025
- 0
Bu gün Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində 17-ci “Dubai Open Chess Tournament 2015” beynəlxalq şahmat turniri açılır. Allsport.az xəbər verir ki, iştirakçıların siyahısında dünyanın 58 ölkəsindən 179 şahmatçı, o cümlədən 64 qrossmeyster yer alıb.
Azərbaycanı qrossmeysterlər Eltac Cəfərli, Qadir Hüseynov, Günay Məmmədzadə, Zeynəb Məmmədyarova, beynəlxalq dərəcəli ustalar Zaur Məmmədov, Xəyalə Abdulla, habelə ustalığa namizədlər Nərmin Məmmədova və Rüstəm Bünyadov təmsil edəcəklər.
Yarışlar İsveçrə sistemi üzrə 9 turda keçiriləcək. Turnirin mükafat fondu 50 min dollardır.