- Baxış sayı: 71
- 24 Mart 2026 23:23
- Baxış sayı: 125
- Mart 25, 2026
- 0

Oktyabrın 6-dan 10-dək İtaliyanın Olbia şəhərində gənclər arasında cüdo üzrə dünya çempionatı keçiriləcək.
Allsport.az xəbər verir ki, yarışda ölkəmizi 9 idmançı təmsil edəcək. Belə ki, kişilər arasında keçiriləcək yarışlarda Turan Bayramov (60 kq), Kamran Süleymanov, Rəşad Quluzadə (66 kq), Nəriman Mirzəyev (73 kq) və Elcan Hacıyev (81 kq) iştirak edəcəklər.
Qadınların turnirində isə Aydan Vəliyeva (48 kq), Səbinə Əliyeva (52 kq), Rita Əliyeva (57) və Nərmin Əmirli (78 kq) mübarizə aparacaqlar.