Dünya çempionatında cüdoçularımızın rəqibləri bəlli oldu

Allsport.az xəbər verir, 6 mayda Qatarın paytaxtı Dohada cüdo üzrə böyüklər arasında dünya çempionatının püşkatma mərasimi keçirilib.

Püşkatmanın nəticələrinə görə cüdoçularımızın ilk rəqibləri məlum olub.

Mundialda Azərbaycan cüdo üzrə milli yığma komandası 9 çəki dərəsində 9 kişi və 4 qadın ilə təmsil olunacaq.

Çempionatın fərdi yarışları 7-13 may tarixlərində, komanda yarışları isə 14 mayda keçiriləcək.

Qadınlar

48 kq
Leyla Əliyeva – Aksoltan Hajaqeldiyeva (Türkmənistan) / Raquel Brito (Portuqaliya) .
Könül Əliyeva – Qaliya Tınbayeva (Qazaxıstan).

52 kq
Gültac Məmmədəliyeva – Sofia Fiora (Argentina) / Cenifer Eriyen (Haiti).
Aydan Əliyeva – Erza Muminovyo (Kosova).

Kişilər

60 kq
Balabəy AğayevFrac Duibi (Tunis)
Turan BayramovYohan Rohas (Kolumbiya).

66 kq
Orxan Səfərov – Ahmed Abdelrahman (Misir) / Daikli Bouba (Fransa).

73 kq
Hidayət Heydərov Adil Osmanov (Moldova) / Martin Hojak (Sloveniya).

81 kq
Səid Mollayi – Aleks Barto (Slovakiya) / Fransua Qotyer Drapau (Kanada).

90 kq
Məmmədəli MehdiyevKevin Budayin (Kamerun)
Murad FətiyevAleks Kret (Rumıniya).

100 kq
Zelim KotsoyevAleksandar Kukolya (Serbiya) / Akobir Abubakri (Tacikistan).
Uşanqi KokauriKodi Andrevs (Yeni Zelandiya).

Həmin kateqoriyadan