- Baxış sayı: 46
- 24 Mart 2026 23:23
- Baxış sayı: 59
- Mart 25, 2026
- 0

Tokioda dünya çempionatında uğurla çıxış edən Azərbaycan komandası bu gün Vətənə dönüb. Allsport.az saytı xəbər verir ki, mlli üzvlərini Heydər Əliyev beynəlxalq aeroportunda cüdo federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, KİV, çoxsaylı azarkeşlər, idmançıların doğmaları və yaxınları gül-çiçək dəstələri ilə qarşılayıblar.
Xatırladaq ki, Yaponiyada Rüstəm Orucov gümüş, Hidayət Heydərov (hər ikisi – 73 kq) bürünc medal qazanıb. Digər cüdoçularımız Elmar Qasımov (100 kq) 5-ci, Məmmədəli Mehdiyev (90 kq) və İrina Kindzerska (+78 kq) 7-ci yer tutublar. Tatami ustalarımız sonuncu gündə qarışıq komanda yarışında uğurla çıxış edərək 5-ci sıraya sahiblənib.