- Baxış sayı: 70
- 20 Mart 2026 11:59
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Mayın 1-dən 11–dək Naxçıvanda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş ənənəvi “Naxçıvan Open 2015” beynəlxalq şahmat festivalı keçiriləcək. Allsport.az xəbər verir ki, turnirdə tanınmış şahmatçılar, o cümlədən qadınlar arasında dünya çempionu çinli Hou Yifan da iştirak edəcək.
Azərbaycan Şahmat Federasiyasından AZƏRTAC-a bildiriblər ki, festival çərçivəsində üç turnir (A – güclülərin, B – əmsalı 2250-dən az olanların və C – uşaqların yarışı) keçiriləcək.
Yarış İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq.