- Baxış sayı: 52
- 15 Yanvar 2025 10:41
- Baxış sayı: 167
- Yanvar 19, 2025
- 0
Mayın 1-dən 11-dək Naxçıvanda keçiriləcək ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Naxçıvan Open 2015” beynəlxalq şahmat festivalında keçmiş dünya çempionu, Özbəkistanın bir nömrəli şahmatçısı Rustam Kasımcanov da (beynəlxalq əmsalı 2712) iştirak edəcək. Allsport.az xəbər verir ki, festival çərçivəsində üç turnir (A – güclülər, B – əmsalı 2250-dən az olanlar və C – uşaqlar) keçiriləcək.
A turnirində R.Kasımcanov ilə yanaşı, qadınlar arasında dünya çempionu çinli Hou Yifan da daxil olmaqla 15-dək ölkədən tanınmış şahmatçılar mübarizə aparacaqlar. İsveçrə sistemi üzrə keçiriləcək yarış 9 turdan ibarət olacaq.
Turnirin ümumi mükafat fondu 40 min ABŞ dolları təşkil edir.