- Baxış sayı: 52
- 15 Yanvar 2025 10:41
- Baxış sayı: 167
- Yanvar 19, 2025
- 0
Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess-2015 superturnirinin 3-cü turunda Vladimir Kramnik azərbaycanlı həmkarı Rauf Məmmədovla xalı yarıya bölüb. Allsport.az saytı xəbər verir ki, rusiyalı dünya çempionu mətbuat konfransında həm partiya, həm də yarışın ilk III turu haqda danışıb:
“Maraqlı partiya alındı. Əslində, bəzi gedişlərlə üstünlük qazana bilərdim. Normal mübarizə oldu. Heç-heçə indiki halda pis nəticə deyil. Rauf ehtiyatlı oynadı. Risk etmək olardı. Sadəcə, oyunda fəallıq hiss olunmurdu.
Turnir indi başlayıb. Hesabımda 2 xal var. Düşünürəm ki, indi liderlər qrupunda olmaq hələ heç nə demək deyil. Son turlar daha çətin olacaq. Sabah Vişvanatan Ananda qarşı oynayıram. Sonra Karlsenə qarşı mübarizə olacaq. Hər tur lider dəyişə bilər. Bu mənada sona qədər yaxşı oynamaq tələb olunur”.