- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Dünya güləş birliyi Tokio-2020 yay olimpiya oyunlarına vəsiqə qazanma ehtimalı yüksək olanların adlarını açıqlayıb. Allsport.az saytı xəbər verir ki, öncüllər sırasında yalnız “sərbəstlər”imiz yer alıblar.
UWW mütəxəssiləri Mahir Əmiraslanov (57 kq), Hacı Əliyev (65 kq), Toğrul Əsgərov, Hacımurad Hacıyev (hər ikisi – 74 kq), Aleksandr Qostiyev (86 kq) və Camaləddin Məhəmmədovun imkanlarını yüksək qiymətləndirib.
Hazırda güləşçilərimizin hesabında 2 lisenziya var. Mariya Stadnik (50 kq) və Şərif Şərifov (97 kq) ötən il Nur-Sultanda keçirilmiş dünya çempionatında uğurlu çıxış ediblər. Ümumən, sözü gedən növdə indiyədək cəmi 7 ölkə – Azərbaycan, Rusiya, ABŞ, Şimali Makedoniya, Gürcüstan, Kanada və Kuba vəsiqə qazanıb.