- Baxış sayı: 40
- 18 Noyabr 2024 20:37
- Baxış sayı: 94
- Noyabr 19, 2024
- 0
Olimpiya mükafatçısı, 5-qat dünya və 10-qat Avropa çempionu Rafael Ağayev dilə gəlib. Allsport.az saytı xəbər verir ki, o, sosial şəbəkələrdə idman tədbirlərindən kənarlaşdırılması ilə bağlı gileylənib və bu məsələdə gənclər və idman nazirliyini ittiham edib:
“İdman nazirliyindən mənə heç bir dəvət gəlmir. İdmanla bağlı tədbir olur, orda yoxam. Yaxın günlərdə Xankəndidə keçirilən Azərbaycan kubokunun 1/8 finalında “Qarabağ” – MOİK oyununu canlı seyr edənlər sırasında yer almadım. Sadəcə, səbəbini bilmək istəyirəm.
Məndən başqa olimpiya və dünya çempionları var. Bizi demirik ki, bizə təyyarəyə bilet alın və ya nahara qonaq edin. Bir vətəndaş kimi orda olmaq istəyirəm. Niyə də yox? Ömür boyu bayraq üçün canımızı vermişik. Nə qədər yaşım və gücüm imkan verir, yenə döyüşəcəyəm. Hansı səbəbə görə, biz “qara siyahı”dayıq? Bunu anlamaq istəyirəm”.