- Baxış sayı: 72
- 20 Mart 2026 11:59
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Milli komandamızın aparıcı üzvlərindən olan Rauf Məmmədov cari ilin payızında Bakıda keçiriləcək şahmatçıların Dünya Kubokuna ciddi hazırlaşır. Allsport.az saytına açıqlamasında qrossmeyster deyib ki, məqsədi bacardıqca çox irəliləməkdir:
«Paytaxtımızda təşkil olunacaq Dünya Kuboku ən güclü şahmat yarışlarından biridir. Çox həmkarım yekunda qalib olmaq istyir. Çünki ən yüksək yer şahmat tacına iddiaçıların turnirində oynamaq imkanı verir. Mənə gəlincə, daha çox irəliləməyə çalışacağam».