- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Dünyanı lərzəyə salan koronavirus 19-22 martda Macarıstan paytaxtı Budapeştdə qitə, 30 aprel – 3 mayda Bolqarıstanın baş şəhəri Sofiyada keçirilməli olan güləş üzrə dünya olimpiya təsnifatlarına əngəl olub. Yığmalarımız Tokio oyunlarına düşmək üçün, UWW-in yeni qərarlarını gözləməli olacaqlar. Hələliksə, məşqlər davam edir.
“Sərbəstlər”də yalnız Şərif Şərifov (97 kq) olimpiadaya vəsiqə qazanıb. O, ötən il Nur-Sultanda keçirilən planetin ən güclülərinin yarışında finala çıxmaqla bu imkanı qazandı. Dünya kubokunun (2004) qalibi Vüqar Qurbanovun fikrincə, bundan sonra sözü gedən növdə 2-3 lisenziya qazana bilərik. Allsport.az saytına açıqlamasında o bunu əlavə edib:
“Koronavirusa görə yarışlar təxirə salınsa da, hər yerdə hazırlıq davam edir. Bizim komanda güclülər sırasındadır. Məncə, Tokio-2020-yə daha 3 vəsiqəyə yiyələnəcəyik. 65 kq-da Hacı Əliyevin, 74 kq-da Toğrul Əsgərovun imkanlarını daha yüksək qiymətləndiridəm. Düzdür, olimpiya çempionumuz zədə üzündən xeyli müddət yığmadam ayrı düşdü. Amma indi məşq edir, formadadır”.