- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Almaniyada cüdo üzrə “Böyük dəbilqə” keçiriləcək. Allsport.az saytı xəbər verir ki, fevralın 21-dən 23-dək Düsseldorfda ölkəmiz 18 milli üzvü ilə təmsil olunacaq.
Kişilərdə Kəramət Hüseynov, Oruc Vəlizadə (hər ikisi – 60 kq), Nicat Şıxəlizadə, Orxan Səfərov (66 kq), Rüstəm Orucov, Telman Vəliyev (73 kq), Hidayət Heydərov, Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev, Elmar Qasımov (100 kq), Uşangi Kokauri (+100 kq) tatami üzərinə çıxacaqlar.
Qadınlarda Aişə Qurbanlı, Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq), İçinxorloo Münxtsedev, Aleksandra-Larisa Florian (57 kq) və İrina Kindzerska (+78 kq) xallarını artırmağa çalışacaqlar.
Qeyd edək ki, “Böyük dəbilqə”də ilk yeri tutan 1000, gümüş mükafatçı 700, 3-ci sıraya çıxanlar 500, 5-ci və 7-ci mövqeyə yiyələnənlər müvafiq olaraq 360, 260 əmsal xalı qazanacaqlar.