- Baxış sayı: 40
- 26 Mart 2026 19:37
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0
Rumıniya paytaxtı Buxarestdə kikboksun WKA versiyası üzrə Avropa çempionatı keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda 18 ölkədən 460 idmançı iştirak edib.
Azərbaycanın idman şərəfini 8 idmançı qoruyub. Təmsilçilərimizdən Eduard Məmmədov (60 kq) baş mükafata sahib çıxıb. 22-qat dünya çempionu Avropada 7-ci qələbəsini qazanıb.
Sərhəd qoşunlarının kapitanı Fuad Zeynalov (91 kq) isə ikinci yerin sahibi olub. Bundan əlavə, gənc və yeniyetmə idmançılarımız da bu yarışda uğurla çıxış ediblər.