- Baxış sayı: 70
- 20 Mart 2026 11:59
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Vüqar Həşimov şahmat fondu və Azərbaycan şahmat federasiyasının birgə təşkilatçılığıyla keçirilən “Vugar Gashimov Open 2025” beynəlxalq turnirə yekun vurulub.
Allsport.az xəbər verir ki, 9 turdan sonra hamıdan çox 8 xal toplayan Əhməd Əhmədzadə yarışın qalibi adını qazanıb.
Hərəyə 7,5 xal toplayan Tunar Davudovla Murad İbrahimli müvafiq olaraq 2-3-cü yerləri bölüşdürüb.
Turnirdə 6 ölkədən 205 şahmatçı iştirak edib. Reqlamentə əsasən yarışın qalibi kubok və 4500 manat pul mükafatı qazanıb.
11-ci dəfə keçirilən “Vugar Gashimov Open” cari il “Azərbaycan şahmat turu” layihəsinə daxil edilib.