- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Dünya güləş birliyi yeni əmsalı açıqlayıb. Allsport.az saytı xəbər verir ki, sıralamada 1 bahadırımız 76 xalla öz çəkisində zirvədədir. Bu, yunan-Roma üsulunda dünya və Avropa çempionu Eldəniz Əzizlidir (55 kq).
Sözü gedən növdə İslam Abbasov (87 kq) 40 xalla 5-ci, Taleh Məmmədov (63 kq) 28 xalla 6-cı və Rəsul Çunayev (72 kq) 25 xalla 10-cudur.
Sərbəst güləşçilərin reytinqində bizdən ən yaxşı göstərici Cəbrayıl Həsənovdadır (79 kq). Millinin kapitanı 60 xalla 2-ci yerdədir. Georgi Edişeraşvili (57 kq) 28 xalla 9-cudur.
Qadınlarda Mariya Stadnik (50 kq) 40 xalla 6-cıdır. İrina Netreba (65 kq) 25 xalla 7-ci, Alyona Kolesnik (57 kq) 28 xalla 10-cudur.