- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Romada keçirilən Avropa çempionatında Eldəniz Əzizli (55 kq) yarışı 3-cü yerdə başa vurdu. Mükafatlandırma mərasimindən sonra 27 yaşlı güləşçi fikirlərini allsport.az-a bölüşdü:
“Nəsə çatmadı deməyək, bu, güləşdir, hər şey olur. Təsadüf də saya bilmərəm. Bolqarıstanlı idmançı gənc və istedadlıdır. Məndən savayı, finalda güclü rusiyalı rəqibinə qalıb gəlməyi bunu təsdiq edir. Bu yarışda onda alındı.
Üstəlik, yarımfinalda görüş zamanı qabırğam sındı. Elə bildim əzilib, müayinədən sonra həkim dedi ki sınıb. Buna rəğmən, 3-cü yer uğrunda görüşdə özümü sıxıb mübarizə apardım. Medalsız qalmadığım üçün üzgün deyiləm. Allah qoysa, gələn yarışlarda bundan da yaxşı çıxış edərəm”.
Kamran HACI, Roma