- Baxış sayı: 164
- 25 Mart 2026 16:38
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Avropa voleybol konfederasiyası beynəlxalq dərəcəli hakim Eldar Əliyevə yeni təyinat verib. Allsport.az xəbər verir ki, o, kişi voleybolçular arasında CEV kubokunda keçiriləcək “Qalatasaray” (Türkiyə) – “Municipal Arcada” (Rumıniya) oyununun baş hakimi olacaq. Eldar Əliyevə belaruslu Konstantin Asipçik kömək edəcək.
1/8 final mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək görüş yanvarın 29-da İstanbulda baş tutacaq.