- Baxış sayı: 63
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 87
- Noyabr 21, 2024
- 0
AŞF prezidenti Elman Rüstəmov Azərbaycan şahmatçılarının iştirak edəcəyi qarşıdakı yarışlar barədə açıqlama verib. Allsport.az saytı xəbər verir ki, o, komandalarımızın avrokubok çıxışı barədə nikbin danışıb:
“SOCAR-Azerbaijan klubu Avropa Kubokunun son qalibidir. Kişi şahmatçılarımızdan ibarət Azərbaycan yığması hazırkı qitə çempionudur. Sözsüz ki, biz hər iki yarışın favoritlərindən sayılırıq. Hər iki komandamızdan titulu qorumaq tələb olunur.
Yarışa qələbə üçün yollanacayıq. Biz istərdik ki, həm millimiz, həm də klubumuz yenidən çempion olsun. Amma bilirsiniz ki, rəqabət çox yüksəkdir. Əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil. Şahmatçılarımızın potensialı onlardan qələbə gözləməyə imkan verir. Təmsilçilərimiz yenidən uğur qazana bilər”.