- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Bakı idman sarayında gənc cüdoçuların ölkə birinciliyi başladı. Allsport.az saytının məlumatına görə, yarışın ilk günündə təntənəli açılış oldu. Tədbirdə söz alan ACF-in baş katibi Elmar Babanlı mübarizə məkanının artıq bir həftədir cüdoçuların ixtiyarına verildiyini dedi. O, ötən həftənin sonu yeniyetmələr arasında Həzi Aslanovun xatirəsinə həsr olunan ənənəvi turnirinin, ondan bir gün sonra usta cüdoçularla paralimpiyaçıların Azərbaycan çempionatının keçirildiyini söylədi
“Azərbaycan birinciliyində yüksək rəqabəti xüsusi qeyd etməliyəm. Gənclər arasında elə idmançılar var ki, onlar olimpiya oyunlarına lisenziya xalları uğrunda mübarizə aparırlar. Bu, onu göstərir ki, Azərbaycan cüdoçularının layiqli davamçıları yetişir.
Ötən il gənclər arasında dünya çempionatında idmançılarımız böyük uğur qazanıblar. İnanıram ki, gənclər arasında Azərbaycan birinciliyinin nəticələri əsasında formalaşacaq gənclərdən ibarət yığma komanda gələcəkdə daha böyük uğur qazanacaq”, – deyə baş katib bildirib.