- Baxış sayı: 74
- 12 Dekabr 2025 17:20
- Baxış sayı: 673
- Dekabr 12, 2025
- 0

Bu gün kişilərin ölkə çempionatının açılış oyununda “Murov” – “Neftçi” klubları üz-üzə gəldi. Maraqlı görüşdə daha təcrübəli “ağ-qaralar” keçmiş “Lokomotiv”ə 3:0 qalib gəldi. Allsport.az saytına “Neftçi”nin təcrübəli voleybolçusu Elmin Alışanovun qələbə şərhi belə oldu:
“Axır ki, gözlədiyimiz çempionat başladı. İlk dəfə 8 komandanın mübarizəyə qoşulması rəqabətin gərgin olacağından xəbər verir. Oyuna tam ciddi hazırlaşmışdıq. Allah qoysa, hədəf finala yüksəlmək və var gücümüzlə qızıl medallar uğrunda mübarizədir”.