- Baxış sayı: 35
- 29 Dekabr 2024 11:22
- Baxış sayı: 37
- Dekabr 29, 2024
- 0
Olimpiya çempionu Elnur Məmmədli cüdo federasiyasından ayrıla bilər. Allsport.az saytının əldə etdiyi məlumata görə, onunla baş katib Rəşad Rəsullu arasında münasibət soyuqlaşıb. Gərginlik Kəramət Hüseynovla (şəkildə fəxri kürsüdə sağdan 2-ci) bağlıdır. 24 yaşlı idmançı millidə 60 kq-da əsas yerini itirib. Onu son zamanlar parlaq çıxışı ilə həmyaşıdı Balabəy Ağayev (fəxri kürsüdə sağdan 3-cü) sıxışdırıb. “Atilla” idman klubunun yetirməsinin olimpiya siyahısında 2-ci yerdədir. Onun 1880 xalı var. Ondan sonra 1266 xalla Turan Bayramov gəlir. 21 yaşlı cüdoçu reytinqdə 8-cidir.
Adı ilk çəkilən təmsilçimiz isə, 507 xalla 31 sıradadır. Kəramətin əmsalı belə, ona rəqabətsiz Paris-2024-ə yollanmağa imkan vermir. Nəzərinizə çatdıraq ki, bu idmançı Elnur Məmmədlinin bacısı oğludur. Hüseynov 2021-ci ildə dünya və Avropa çempionatlarında bürünc medal qazanıb. Elə həmin ildə Tokio-2020 olimpiadasında iştirak edib. “Dördillik”də ilk görüşü udsa da, növbətidə uduzub. Ondan sonra Kəramətin elə də ciddi uğuru olmayıb.
ACF-in vitse-prezidenti onun keçmiş uğurlarını və təcrübəsini önə çəkib, yarışlarda daha çox imkan verilməsini istəyir. Elnur Məmmədli qohumuna fürsətdə tarazlığın pozulduğunu iddia edir. Arzusu gerçəkləşmədikcə, federasiyada əsas söz sahibi Rəşad Rəsullu ilə münasibəti pozulub. Onun yaxın gələcəkdə vəzifəsini tərk edəcəyi söylənilir.
Federasiyalarda və onlara bağlı digər qurumlarda hər bir işə müdaxilə edən, hər hansı məşqçi və ya idmançı haqq sözünü deyərkən, dərhal onun aidiyyatı olduğu təşkilatın rəhbərliyinə zəng edib etirazını bildirən, tənqidçi jurnalistlərin tədbrlərə çağırılmaması və beynəlxalq yarışlara qeydiyyata düşməməsi üçün təzyiq edən gənclər və idman nazirliyi (GİN), bu məsələyə qarışmır. Çünki olimpiya çempionu GİN-in yeni qərəzli rəhbərliyinə biət etməyib. Onların adamı olmadığı üçün, ümumənsə, olimpiya çempionlarımıza qarşı xüsusi “allergiyası” olan Marina Vasilyeva (nazir müavini) və Elnur Məmmədov (idman şöbəsinin müdiri) ikilisi barış və birlik məsələsində maraqlı deyillər.