Əlqərəz 50 milyon dollara yaxın qazanıb

“Forbes” son ildə ən çox qazanan tennisçilərin siyahısını hazırlayıb.

Allsport.az xəbər verir ki, reytinqə dünyanın iki nömrəli tennisçisi Karlos Əlqərəz başçılıq edir.

İspaniyalı tennisçi bir il ərzində 48,3 milyon dollar (35 milyon dollar kortdan kənar) qazanc əldə edib.

İtaliyalı Yannik Sinner 47,3 milyon dollarla ikincidir.

Son bir ildə ən çox gəlir əldə edən 10 tennisçi:

1. Karlos Əlqərəz (İspaniya) – 48,3 milyon dollar (kortdan kənar 35 milyon dollar).
2. Yannik Sinner (İtaliya) – 47,3 milyon dollar (27).
3. Kori Qauff (ABŞ) – 37,2 milyon dollar (25).
4. Novak Cokoviç (Serbiya) – 29,6 milyon dollar (25).
5. Arina Sabalenka (Belarus) – 27,4 milyon dollar (15).
6. Çjen Sinven (Çin) – 26,1 milyon dollar (21).
7. İqa Svöntek (Polşa) – 24 milyon dollar (15).
8. Taylor Frits (ABŞ) – 15,6 milyon dollar (7).
9. Frensis Tiafo (ABŞ) – 15,2 milyon dollar (12).
10. Daniil Medvedev (Rusiya) – 14,3 milyon dollar (10).

Həmin kateqoriyadan