- Baxış sayı: 72
- 20 Mart 2026 11:59
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

İspaniyanın Barselona şəhərində keçirilən beynəlxalq şahmat turnirində Azərbaycan təmsilçiləri mübarizəni davam etdirirlər.
Allsport.az xəbər verir ki, 4-cü turda şahmatçılarımızdan yalnız Eltac Səfərli qələbə qazanıb. Xalların sayını 3-ə çatdıran təmsilçimiz bu nəticə ilə 8-33-cü yerləri bölüşür.
Digər təmsilçimiz Aydın Süleymanlı 4-cü turu heç-heçə ilə başa vurub, Məhəmməd Muradlı isə rəqibinə uduzub. Hər 2 şahmatçımızın aktivində 2,5 xal var.
İsveçrə sistemi üzrə keçirilən və doqquz turdan ibarət olan turnir dekabrın 12-dək davam edəcək.