- Baxış sayı: 69
- 02 Fevral 2026 22:38
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0

“Baku Open” ənənəvi beynəlxalq şahmat turnirinə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, 9 görüşdən 7,5 xal toplayan Eltac Səfərli turnirin qalibi olub.
Qədir Hüseynov, Rəvan Əliyev, Samir Davidov (Azərbaycan), Jamsaran Sıdıpov (Rusiya), Timur Qareyev (ABŞ) və İvan Popov (Rusiya) 7 xalla sonrakı yerləri bölüşüblər.
İsveçrə sistemi üzrə keçirilən yarışda Belarus, ABŞ, Ukrayna, Braziliya, Rusiya, Gürcüstan, Fransa, İordaniya və Əfqanıstandan 156 nəfər mübarizə aparıb ki, onlardan 16-sı qrossmeyster olub.