Eltac Səfərli: “Məqsədim öz lövhəmdə ən yaxşıların arasında düşməkdir”

Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadasında kişilərdən ibarət əsas komandamız Zimbabve ilə qarşılaşıb. Allsport.az saytı xəbər verir ki, 4-cü lövhədə oynayan Eltac Səfərli Zimbabve təmsilçisi Emarald Muşoreni məğlub edib. Partiyadan sonra təşkil olunan mətbuat konfransında çıxış edən Səfərli ilk öncə azarkeşlərin dəstəyindən söz açıb:

“Şahmat Olimpiadasının Bakıda keçirilməsi çox müsbət məqamdır. Doğma şəhərimizdə yarışın yüksək səviyyədə keçirilməsi üçün gözəl şərait var. Bu, iştirak etdiyim sayca dördüncü, ümumilikdə isə ən yaxşı olimpiadadır. Azərbaycanda oynamaq çox xoşdur. Amma asan deməzdim. Çünki şahmat hər yerdə eynidir. Bu olimpiadada bizi çoxlu azarkeş dəstəkləyir. Onların dəstəyi bizə köməkdir. Məqsədim öz lövhəmdə ən yaxşıların arasında düşməkdir”.

Həmin kateqoriyadan