- Baxış sayı: 62
- 19 Noyabr 2024 20:17
- Baxış sayı: 86
- Noyabr 21, 2024
- 0
Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess-2016” superturnirinin ilk turunda Azərbaycan şahmatçısı Eltac Səfərli Ukrayna təmsilçisi Pavel Elyanovla heç-heçə oynayıb. Allsport.az saytı xəbər verir ki, Azərbaycan çempionu partiyadan sonra təəssüratlarını jurnalistlərlə bölüşüb:
“Şəmkir turnirində zəif rəqib yoxdur. Ona görə də heç-heçəni pis nəticə saymaq olmaz. Elyanov güclü rəqibdir. Püşkdə bəxtimin gətirməməsini deyə bilmərəm. Çünki, burada zəif şahmatçı yoxdur. İlk tur üçün məqsədim ən azı heç-heçə etmək idi. Məğlubiyyətdən başqa istənilən sonluğu yaxşı nəticə hesab edəcəkdim.
Maraqlı oyun oldu. Oyunun əvvəlində azacıq üstünlük olsa da, ardıcıl səhvlərə yol verdim. Partiyanı uduzmağa yaxın idim. Sonra Pavel səhv elədi və mən 1-2 gedişlə qələbənin əsasını qoya bilərdim. Lakin həmin gedişləri tapmaqda çətinlik çəkdim.Heç-heçə pis nəticə deyil. Turnir indi başlayır. Hazırda turnirin həyəcanı davam edir”.
Ukrayna şahmatçısı Pavel Elyanov “Shamkir Chess-2016” haqda xoş sözlər deyib: “Təşkilatçılıq yüksək səviyyədədir. Bizim üçün lazımi şərait yaradılıb. Oyuna gəlincə Eltacla partiya asan olmadı. Ardıcıl səhvlər qələbə qazanmağıma mane oldu. Yaxşı uduzmadım, startda məğlubiyyət yaxşı hal deyil”.