- Baxış sayı: 33
- 07 Yanvar 2025 21:12
- Baxış sayı: 612
- Yanvar 03, 2025
- 0
“Gəncə” VK-nın prezidenti Elvar Osmanov akademiyanın üzvləri və onların valideynləri ilə görüşüb. Allsport.az xəbər verir ki, o, toplantıda akademiyanın qarşıdakı hədəfləri, Azərbaycan voleybol federasiyasının bölgələrdə idmanın voleybol növünün inkişaf etdirilməsi istiqamətində gördüyü işlər barədə məlumat verib.
Əsas məqsəd akademiyanın üzvlərinin peşəkarlıq səviyyələrinin artırılması, onların gələcəkdə ölkəmizdə və beynəlxalq arenada uğurla çıxış etmələrinə geniş imkan yaratmaqdır.
Valideynlər övladları üçün yaradılmış şəraitə görə klub rəhbərliyinə minnətdarlığını bildiriblər. Sonda bir qrup fəal yeniyetmə voleybolçuya sertifikat təqdim olunub.
Görüşdə “Gəncə” VK-nın idman direktoru İbrahim Qarayev, voleybol akademiyasının məşqçilər korpusu də iştirak ediblər.