- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Antalyada cüdoçuların “Böyük dəbilqə”si başa çatsa da, millimiz yurda dönməyib – qardaş ölkədə beynəlxalq təlim-məşqə qatılıb. Komandamıza Bakıdan gənclər qoşulublar. Baş məşqçi Elxan Məmmədov allsport.az saytına bunu açıqlayıb:
“Aprelin 4-dən burdayıq. Hazırlıq 10-nunadək davam edəcək. 10-dan cox ölkə Antalyadadır. Güclü çalışmalar gedir. Böyüklərin təliminə yüksək səviyyəli idmançılar cox qatılır və tərəf-müqabilləri də cox olur.
Bu üzdən, Türkiyəyə yollanmağı məqsədəuyğun hesab etdik. Qarşıda ciddi sınaqlarımız var. Ustalığı daha artırmalıyıq ki, əsas yığmaya bacarıqlı cüdoçular verək. Çəkilərdə nə qədər çox rəqabər olsa, nüfuzlu yarışlarda medallarımız bir o qədər artıq olar”.