- Baxış sayı: 118
- 11 Yanvar 2026 19:02
- Baxış sayı: 118
- Yanvar 11, 2026
- 0

Bu ilin aprelində ölkəmizdə Kombat peşəkar döyüş liqasını 1-ci çempionatının keçirilməsi nəzərdə tutulub. Allsport.az saytı xəbər verir ki, bununla bağlı dünən “Çinar park” mehmanxanasının iclas otağında “Arpaçay” idman birliyinin geniş tərkibdə yığıncağı keçirilib. Toplantıdan sonra adı çəkilən qurumun 1-ci vitse-prezidenti Yavər Hüseynov açıqlama verib:
“Bildiyiniz kimi, “Arpaçay” idman birliyinin əhatəsi günü-gündən genişlənir. Son günlər bizim ailəyə kung-fu federasiyası və yeni yaradılmış Kombat peşəkar döyüş liqası qoşulub. İdarə heyətinin qərarına əsasən, Ruslan Məmmədov liqanın prezidenti, Elçin Kazımov isə 1-ci vitse-prezidenti seçiliblər. Onların ölkə idmanına böyük töhfələr verəcəklərinə inanıram.
“Arpaçay” idman birliyinin prezidenti Əli Əsgərov bu qurumun güclənməsi yönündə bütün gücünü səfərbər edib. Öncə “Arpaçay” idman klubunun ənənəvi açıq yarışları ətrafa səs saldı. Əminəm ki, Kombat peşəkar döyüşləri də idmansevərlər tərəfindən böyük maraqla qarşılanacaq”.