Ermənilərin qənimi – güləşçi Rəsul Çunayev xidməti geyimdə ordumuza dəstək verdi

Tovuz rayonunun Ağdam kəndi ətrafında gedən döyüşlər milli komandamızın yunan-Roma güləşçisi Rəsul Çunayev də təsirləndirib. Yarış meydanlarında ermənilərə dəfələrlə qalib gələn “şirürəkli” bu sevinci cəbhə bölgəsində yaşamaq istəyir.

Soyuqqanlılığı ilə seçilən bahadırımız öz evində, qazandığı medalların önündə xidməti geyimdə əsgər salamı verib. Olimpiya mükafatçısı əvvəllər belə geyimdə olmasa da, dəfələrlə yarış meydanında qələbədən sonra bu jesti edib.

Allsport.az saytına verdiyi açıqlamada idmançımız bildirib ki, o, sərhəd qoşunlarında baş leytenant rütbəsini daşıyır. Məşqlərini davam etdirir və ilin sonunda Serbiya paytaxtı Belqradda keçiriləcək dünya çempionatında 72-kq-da çıxış etməyi planlaşdırır.

Dünya çempionatı-2014. Özbəkistan paytaxtı Daşkənd
Расул Чунаев:«Я счастлив, что защищаю цвета сборной Азербайджана ...
Dünya çempionatı-2015. ABŞ-ın Las-Veqas şəhəri

Bakı-2015 1-ci Avropa oyunları

Həmin kateqoriyadan