- Baxış sayı: 21
- 23 Mart 2026 11:16
- Baxış sayı: 313
- Mart 22, 2026
- 0

“Nant”ın futbolçusu Andrey Cirotto, Avropa liqasının “G” qrupunun 5-ci turunda sabah “Qarabağ”la keçiriləcək görüş haqda fikrini bildirib. Allsport.az saytı xəbər verir ki, braziliyalı yarımmüdafiəçi mətbuat konransında Bakıda 0:3 yenilgini də xatırladıb:
“Bizim üçün vacib oyun olacaq. “Qarabağ” ilk oyunda səfərdə uduzduğumuz rəqibdir. Evdə qalib gəlməliyik. Ötənilki möhkəmliyimizi bərpa etməyə başlayırıq. Bir az da diqqətimizi cəmləməliyik”.
“Nant” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.