- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Olimpiya oyunlarının gümüş mükafatçısı Elmar Qasımovun İnstaqram hesabında paylaşdığı video tənqid edilib. Allsport.az qafqazinfo.az-a istinadla xəbər verir ki, görüntülərdə məşhur idmançı eyvandan dollar əsginaslarını küçəyə səpir. Cüdo federasiyasının mətbuatı xidməti məsələ ilə bağlı açıqlamasında Elmar Qasımova belə hərəkətlərinə görə dəfələrlə xəbərdarlıq edildiyini bildirib:
“Olimpiya mükafatçısıdır, dəfələrlə Azərbaycan bayrağını yüksəklərə qaldırıb. Lakin o, İnstaqram hesabında müxtəlif videolar paylaşır və bu görüntülər dəfələrlə etirazlara səbəb olub. Bununla bağlı onunla bir neçə dəfə danışsaq da, əhəmiyyət verməyib. Elmar Qasımova yığma komandada son şans da verdik. Onu Budapeştdə keçirilən dünya çempionatına göndərdik.
Lakin orda da uduzdu və ümidlərimizi boşa çıxardı. Qasımov son paylaşdığı videoya görə milli komandadan kənarlaşdırılıb. Yığmamız Şahdağda təlim-məşq toplanışı keçsə də, o, heyətə qatılmayıb. İnstaqram Elmarın şəxsi hesabıdır və biz sırf ona hər hansı qadağa qoya bilmərik. Lakin artıq idmançı kimi millidə yer almayacaq”.
O, 2009-cu ildə Ermənistanda kecirilmiş gənclər arasında Avropa cempionatının qalibidir. Onun şərəfinə İrəvanda Azərbaycan himni səsləndirilib.