- Baxış sayı: 31
- 15 Mart 2026 21:39
- Baxış sayı: 167
- Mart 16, 2026
- 0

Gənclər və idman naziri Fərid Qayıbov İslam həmrəyliyi idman assosiasiyasının (İSSA) baş katibi Nasser Ayman Majali qəbul edib.
Allsport.az xəbər verir ki, qonağı salamlayan nazir ölkəmizdə idman sahəsində görülən işlər və qazanılan uğurlar haqqında məlumat verib. COP29 çərçivəsində ölkəmizə səfərdə olan qonaq səmimi qəbula görə təşəkkür edib.
Görüşdə ölkəmizin təşkilatla əlaqələri, eləcə də gələn il keçiriləcək VI İslam həmrəyliyi oyunlarına hazırlıq və digər məsələlər müzakirə edilib.