- Baxış sayı: 203
- 03 Dekabr 2025 23:49
- Baxış sayı: 93
- Dekabr 05, 2025
- 0

Azərbaycan voleybol federasiyası yeniyetmə və gənclərin müəyyənləşdirilməsi istiqamətində işləri davam etdirir. Allsport.az saytı xəbər verir ki, federasiyanın nümayəndələri seleksiya tədbirləri çərçivəsində Bakıda yerləşən “Fənərbağça” idman məktəbində olublar.
Mütəxəssislər burada voleybolla məşğul olan 15 yaşadək qızların məşqini izləyiblər və müəyyən edilmiş kriteriyalara uyğun gələn idmançıların qeydiyyatını aparıblar.
Həmin voleybolçular yeniyetmə və gənc qızlardan ibarət komandaların rəhbəri Şahin Çatma tərəfindən avqustda aparılacaq seleksiya seçimlərinə cəlb olunacaqlar.