- Baxış sayı: 44
- 20 Noyabr 2024 17:34
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Bu gün kişi voleybolçularımız Gümüş Avropa liqasında paytaxtda gürcüstanlı həmkarlarını qəbul edəcək. Allsport.az saytı xəbər verir ki,
baş məşqçimiz Fərid Cəlalov görüş öncəsi bunu deyib:
“Gürcüstanla görüş üçün məşqlərimizi başa vurduq. Səfərdə rəqibimizi 3-1 hesabı ilə məğlub etmişdik. Qrupda 3-cü yerdəyik, deyə bilərəm ki, komandamız həvəslə mübarizə aparır, oyunçular oyun zamanı bir-birlərinə kömək edirlər.
Amma bəzi oyunçularımızın tam formada olmaması, əsas oyun qurucumuzun oynamaması məğlub olmağımızın əsas səbəblərindəndir. Buna baxmayaraq, hər oyuna qələbə üçün çıxırıq sona kimi mübarizə aparırıq. Gürcüstanla da gözəl oyun göstərməyə çalışacağıq”.