Fərid Calalaov: Hələ də özümə gələ bilməmişəm

Dünən kişi voleybolçuların yüksək liqasında açılış oyunu oldu. Çempionatın başlamasına bir neçə gün qalmış “Lokomotiv” deyil, yeni adla çıxış edən “Murov” ilk görüşdə “Neftçi”yə 0:3 uduzdu. Komandanın baş məşqçisi Fərid Calalaov allsport.az saytına məğlubiyyətin səbəbini açıqladı:

“Libero xaric, digərləri istədiyim oyunu oynamadılar. Heyətdə yerində olan voleybolçuların yoxluğu və ehtiyat skamyanın azlığı öz təsirini göstərdi. Biz görüşə belə çıxmamalıydıq. İranlı legionçuların icazə məktubunu ala bilmədiyimizdən, onlardan yararlana bilmədik.

“Neftçi”yə gəlincə, heyətləri yaxşıdır, oturuşmuşdur. Rəqib çempionluğa iddialıdır. Hesab edirəm ki, yarış təzə başlayıb. Maraqlı mübarizələr hələ qabaqdadır. Səhvlərdən nəticə çıxarılacaq. Açığı, dünən oyun xoşuna gəlmədi. Hələ də özümə gələ bilməmişəm”.

Həmin kateqoriyadan