- Baxış sayı: 44
- 20 Noyabr 2024 17:34
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Kişilərdən ibarət millimiz Gümüş Avropa liqasının 5-ci oyununda evdə Gürcüstan voleybolçularına 3:0 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra baş məşqçimiz Fərid Calalov buun deyib: “Gümüş Avropa liqasında yalnız Gürcüstan yığmasına qalib gəldik. Rəqib gənc komandadır. Biz onlarla müqayisədə daha təcrübəliyik.
Danimarka və Rumıniya yığmaları da qalib gələ biləcəyimiz rəqiblər idi. Rumıniyadakı oyunda qələbəyə çox yaxın idik, 4-cü hissəni qalib gələ bilərdik. Qələbə qazansaydıq bu komandamız üçün böyük ruh yüksəkliyi olardı.
Doğrudur, bu gün qalib gəldik, amma məğlubiyyətlərimizin səbəblərini bir daha qeyd etmək istəyərdim, bir oyun qurucu ilə oynamaq çətindir. Növbəti rəqibimiz Danimarkadır. İnanıram ki, öz meydançamızda səfərdəki oyunumuzdan daha yaxşı oynayacağıq.